SON XƏBƏRLƏR

Masallıda saxlanılan narkokuryerdə 15 kiloqramdan artıq heroin aşkarlanıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 21 yanvar tarixində verilib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov Masallı rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı ona məxsus torbadan ayrı-ayrı bükümlərdə 15 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin narkotik vasitənin ona satışı təşkil etməsi üçün xaricdə yaşayan narkotacir tərəfindən göndərildiyi müəyyən edilib.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayonun Banbaşı kənd sakini Şahin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Masallı narkotik
DİN