SON XƏBƏRLƏR

Masallı şəhərində 37 yaşlı kişi intihar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 mart tarixində verir.

Belə ki, rayonun Ərkivan qəsəbəsində qeydiyyatda olan Nurəddin Fərail oğlu Həsənov yaşadığı evin həyətində özünə qəsd edib.

İki övlad atası olan N.Həsənov “Bank Respublika”nın Masallı filialında kredit mütəxəssisi işləyib. Onun həyatına qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.