SON XƏBƏRLƏR

Masallı rayonu Təzəkənd bələdiyyə sədrinə cinayət işi açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.

Təzəkənd bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyləri olmadan, hərrac və müsabiqədən kənar qaydada 44 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin icarəsinə ayrılması faktları üzrə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü maddələri ilə cinayət işi başlanılıb.