Masallıda xeyriyyəçilər tərəfindən aztəminatlı ailələrə yardımlar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 may tarixində verir.
Rayonun Boradigah qəsəbəsində “Vəhdət” xeyriyyə cəmiyyəti tərəfindən 150 aztəminatlı ailənin hər birinə 3 kiloqram olmaqla quzu əti, Ərkivan qəsəbəsində xeyriyyəçi tərəfindən 70 aztəminatlı ailəyə müxtəlif növ ərzaq yardımı, Xıl kəndində xeyriyyəçilər tərəfindən 36 aztəminatlı ailəyə ərzaq yardımı, Bədəlan ərazi nümayəndəsinin təşəbbüsü ilə Bədəlan ərazisində 35 aztəminatlı ailəyə 2 kq ət və 2 kq düyü və Qarğalıq icra nümayəndəsi tərəfindən 12 aztəminatlı ailəyə ərzaq yardımı paylanılıb.