SON XƏBƏRLƏR

Masallıda işgüzar qadınlara dəstək məqsədilə tədbir təşkil olunub. Bu haqda bu gün, 17 noyabr tarixində Cenublu.az YAP Masallı RT Qadınlar Facebook səhifəsinə istinadən xəbər verir.

“Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur” adlı tədbir Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Tarix- Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə YAP-nin veteran və gənc fəal xanımları iştirak ediblər. Görüş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 iliyinə həsr olunub.

Tədbir zamanı Tarix-Diyarşünaslıq muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva mövzu ilə bağlı geniş məruzə edib. Daha sonra Yeni Azərbaycan Partiyası Masallı  rayon təşkilatının sədri Seyfəddin Əliyev hünər və vətənpərvərlik nümunələri ilə Azərbaycan qadınlarının bəşər salnaməsində yaratdıqları qadın obrazlarından geniş danışıb.