SON XƏBƏRLƏR

Masallı şəhərində 3 boksdan ibarət avtomobil təmiri sexində yanğın hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Ümumi sahəsi 140 m² olan sexin 60 m²-lik boksunda şüşə-pambıq üzlükdən ibarət tavan və sahəsi 8 m² olan otağın yanar konstruksiyaları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.