SON XƏBƏRLƏR

Masallıda autizm və daun sindromlu uşaqlara icma əsaslı reabilitasiya xidmətinin göstərilməsi və valideynlərin maarifləndirilməsi mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının baş mütəxəssisi İntiqam Bağırov, “Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Tələt Qəribov, “Ümidim Sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Fidan Abbaslı iştirak ediblər.

Qeyd edək ki, tədbir Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına dəstək Dövlət Agentliyi və “Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin dəstəyi ilə keçirilib.