SON XƏBƏRLƏR

Masallıda keçirilən ənənəvi atçılıq yarışlarında iştirak etmək üçün Masallıdan, eləcə də ətraf rayonlardan 200-dək çapar qatılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində Baku TV-yə istinadən verir.

Münsiflərin seçimindən sonra onlardan 30 nəfərin sürət, 40 nəfərin isə yorğa yarışında iştirakına qərar verilib. Çaparlar iki qrupa bölünüblər. Hər qrupda 15 çapar öz məharətini göstərib və qrupdakı qalib finala vəsiqə qazanıb.

Çaparlar milli at cinsləri olan Qarabağ, Kəhər, Boz, Çal, Qaraquş, Kürən atları üstündə bəxtlərini sınayıblar. Yarışın qaydalarına görə, 1000 metr məsafəni qısa müddətdə qət edərək finiş xəttinə tez çatan qalib elan olunmalıdır. Finişə isə Qoca adlı at birinci çatıb.

Yarışın təşkilatçılarının sözlərinə görə, əcdadlarımızdan bizə miras qalan at yarışlarında məqsəd gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda bu idman növünə marağı artırmaq, eləcə də at növlərini tanıtmaqdır.

Qeyd edək ki, qalib çapara pul mükafatı təqdim olunub.

Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən