SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Masallıda fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı 5 müəssisə ilə bağlı inzibati tədbir görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində quruma istinadən verir.

Belə ki, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən, sahibkarlar Balasət Rəhim oğlu Dadaşova, Nahid Şirəli oğlu Mürşüdova, Rabil Rüstəm oğlu Dadaşova, Əfqan Allahşükür oğlu Şükürova və Kamran Bahaddin oğlu İbadova məxsus heyvan kəsimi və ət satışı məntəqələri cərimələnərək sahibləri barəsində inzibati protokol tərtib olunub.