Qida Təhlükəsizliyi Agentliyi Masallıda daha bir obyekti cərimələyib. Bu haqda bu gün, 14 mart tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Rayon ərazisində heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri görülüb. Nəticədə aşağıda adı çəkilən sahibkarın müəssisəsində qanun pozuntusu aşkar edilib:
- Dadaşov Mahir İmamqulu oğlu – Boradigah kəndi.
Sahibkar barəsində inzibati protokol tərtib edilib.