SON XƏBƏRLƏR

Masallı Rayon Statistika İdarəsi rayonda əsas sənaye sahələrinin göstəricilərini açıqlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində verir.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin 9 ayı ərzində sənaye müəssisələri tərəfindən göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz artaraq 125396,0 min  manat olub. Sənayedə qeyri-dövlət sektorunun payı 91,3 faiz təşkil edir. Rayon üzrə ümumi istehsalın 91,3 faizi emal, 8,2 faizi elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi, 0,5 faizi mədənçıxarma və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə bölüşdürülüb.

Ümumi istehsalın 37,3 faizi mebellərin istehsalı, 43,2 faizi hazır metal məmulatlarının istehsalı, 19,5 faizi isə digər sənaye sahələrinin ( qida məhsullarının istehsalı, tikinti materiallarının istehsalı, elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi, təchizatı və s) payına düşür.