Masallıda aprel ayının son həftəsinə olan idman tədbirləri açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən verir.
Belə ki, 27 aprel saat 14:00-da Ərkivan qəsəbəsi 2 saylı tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçiriləcək.
27 aprel saat 15:00-da isə Xırmandalı kənd tam orta məktəbində “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis üzrə rayon birinciliyi baş tutacaq.