Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Əlilliyi olan Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən 100-dək şəxs üçün 6 peşə hazırlığı kursu təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində verir.
Onlardan Masallı rayonu üzrə 25 nəfər əlilliyi olan şəxsin cəlb edildiyi peşə kurslarına mediatur olub.
Masallı Sənaye Məhəlləsində yerləşən müəssisədə təşkil olunan kurslar dərzi və xalçaçılıq istiqamətini əhatə edir.
Media nümayəndələri kursların təşkil olunduğu müəssisədə tədris prosesi ilə tanış olublar. Onlara agentlik tərəfindən aparılan peşə hazırlığının təşkili işləri barədə məlumat verilib.
Qeyd edək ki, kurslara cəlb olunan müdavimlərə peşə kursu müddətində minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir və kursları uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.