SON XƏBƏRLƏR

Masallıda “Qırmızı ürəklər” (“Red Hearts”) fondu “PAŞA Holding”in dəstəyi ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş ağacəkmə asksiyasını həyata keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Ağacəkmə aksiyası Masallı şəhərində inşa edilən park-bulvar kompleksinin ətrafında həyata keçirilib.

Aksiya  çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, şəhid ailələri, ictimaiyyət nümayəndələri, «Kapitalbank»ın Masallı şöbəsinin əməkdaşları, jurnalistlər iştirak ediblər.

Aksiya çərçivəsində küknar və şam ağacları əkilib, ərazidəki yaşıllıqlara qulluq göstərilib, ağacların dibi yumşaldılıb.