SON XƏBƏRLƏR

Cənub rayonlarında ağacəkmə aksiyaları keçirilib. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə istinadən xəbər verir.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin, Lənkəran və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzləri əməkdaşlarının iştirakı ilə baş tutub. Masallı meşəbəyliyinin 23 saylı meşə dolayında 1,7 hektar sahədə tut tingləri əkilib.