SON XƏBƏRLƏR

Masallıda ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.

Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin abidəsi, sonra “Qəhrəmanlar parkı – Şəhidlər Abidə Kompleksi” ziyarət olunub.

Tədbirdə Araz Əhmədov müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən danışıb, ədliyyə işçilərinin peşə bayramını təbrik edib.