SON XƏBƏRLƏR

Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Əsrə bərabər ömür” adlı ədəbi-bədii kompozisiya nümayişi təşkil olunub. Bu haqda bu gün, 16 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Kompozisiya YAP Masallı rayon Təşkilatı və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə kollecin müəllim və tələbələrinin təqdimatında baş tutub. Tədbir öncəsi tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış olub.

Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tələbələrin ifasında ulu öndərə həsr olunan şeirlərdən ibarət kompozisiya və “Vaqif” dramından bir parça təqdim olunub. Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Nurəddin Mehdixanlı iştirak edib.

Məclisin sonunda Nurəddin Mehdixanlı çıxış edərək Müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu ümummilli lider Heydər Əliyev məktəbindən, xalq üçün yaşadığı ömür payından, dövlətə, dövlətçiliyə, milli mənliyimizə söykənən soy kökümüzdən, qələbəmizdən, qələbəmizi bizə bəxş edən vətən oğullarının şücaətlərindən danışıb.

Sonda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək rayonumuzda qonaq olan Nurəddin Mehdixanlını salamlayıb, istedadı ilə daima seçilən aktyorun Masallıya gəlişinin böyük sevinc gətirdiyini dilə gətirib.

 

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman