SON XƏBƏRLƏR

Masallı şəhərinin ərazisində abadlıq işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində verir.

Belə ki, Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Mənzil İstismar Sahəsi, Yaşıllaşdırma müəssisəsi və DOST Mərkəzinin texnikaları,eyni zamanda canlı qüvvələrinin köməyi ilə şəhərin Heydər Əliyev, Zərifə Əliyeva, Qarabağ, Xətai, Dadva, Azərbaycan və digər mərkəzi küçələrdə yaşıllıqlara xüsusi qulluq olunur, çoxmənzilli yaşayış binalarının ətrafı təmizlənərək abadlaşdırılır, mərkəzi küçələrin kənarlarında tutulmuş su novları təmizlənir, qazonlar biçilir, kol-koslar təmizlənərək ərazidən çıxarılır.

Masallı şəhərində yeni ağacların əkilməsi üçün çalalar qazılır, yanmış ağaclar yenisi ilə əvəz olunur.