8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sağlamlıq imkanı məhdud xanımlar və zəhmətkeş xanımlarla görüş keçirilib. Bu haqda bu gün, 6 mart tarixində Cenublu.az Masallı Gənclər Evinə istinadən xəbər verir.
Görüşdə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov təbrik nitqi ilə çıxış edib və bütün Azərbaycan xanımlarının timsalında xanım əməkdaşlarımızı təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən xalçaçı Tünzalə Abuzərova Azərbaycan xalçaçılıq sənətinə gətirilən yeniliklərdən, xalçatoxuma ənənələrindən, xalçaçılığın tarixindən, xalçatoxuma texnikası, süjetli xalçaların toxunması və digər məsələlərlə bağlı ətraflı məlumatlar verərək bu cür görüşlərin əhəmiyyətini qeyd edib.
Sonda “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən sağlamlıq imkanı məhdud xanımlar və zəhmətkeş xanımlara gül buketləri təqdim edilib.