Masallıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 19 aprel tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Köçəkli kəndində baş verib. Ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə və altına yığılan 7,5 ton ot bağlamasının 4 tonu yanıb.
Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.