Masallıda ümumi sahəsi 140 kv.m olan tikilidə yanğın baş verib. Bu haqda bu gün, 24 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Rayonun Birinci Səmədxanlı kəndində tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və damına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.