SON XƏBƏRLƏR

AQTA Masallıda monitorinqlər təşkil edib. Bu haqda bu gün, 8 may tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Yoxlamalar nəticəsində müşahidə edilmiş baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

  • Əliyev Tural Fəyyaz oğlu – 20 Yanvar küçəsi;
  • İbadov Kamran Bahaddin oğlu – 20 Yanvar küçəsi;
  • Şükürov Əfqan Allahşükür oğlu – 20 Yanvar küçəsi.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar heyvan kəsimi və ət satışı məntəqələri ilə bağlı inzibati tədbir görülüb.

 

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.