SON XƏBƏRLƏR

Masallıda qanunsuz odlu silah saxlayanlar aşkarlanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam edir.