SON XƏBƏRLƏR

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə turnir keçirilib. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə istinadən xəbər verir.

Qanlı Yanvarın 33-cü ildönümünə həsr edilmiş turnir Gənclər və İdman İdarəsi və Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. Məktəblilər arasında keçirilən turnirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xatirə turnirinin yekun nəticəsinə əsasən, ilk üç yeri tutan güləşçilərə təşkilat komitəsinin diplomları təqdim olunub.

Yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, yeniyetmələr arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən yayındırılması və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü