SON XƏBƏRLƏR

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb və çıxış edərək 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndərimizin müstəsna xidmətlərindən ətraflı danışıb.

Sonra tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək qeyd edib ki, ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər zaman hər kəsin gözləri önündədir. Heydər Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb, bu faciənin xalqımızın həyatında böyük hüzn yaratmasına baxmayaraq, Heydər Əliyev həmin günü xalqımızın qürur günü və tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.

Daha sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı rayon İctimai Şurasının sədri Əyyub Mehtiyev, “Masallı Gənclər Evi” SXM-in metodisti Nuranə Muxtarova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və “Ümidim sənsən” İB-nin sədri Fidan Abbaslı çıxış edərək Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışaraq 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin əvəzsiz rolundan ətraflı şəkildə məlumat veriblər.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü