Masallıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 30 yanvar tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 nəfərin üzərində narkotik vasitələr aşkar edilib. Onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə götürülüb.
Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.