SON XƏBƏRLƏR

Masallıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar. Bu barədə 28 sentyabr tarixində Cenublu.az xəbər verir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.