SON XƏBƏRLƏR

Masallıda gənclər və yeniyetmələr üçün maarifləndirici seminar aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində Qadın Resurs Mərkəzinə istinadən verir.

Masallı rayon Qadın Resurs mərkəzi 25 noyabr-10 dekabr tarixlərini əhatə edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası” çərçivəsində bir sıra işlər görüb.

Gender zorakılığının, erkən nikahın və narkomaniyanın aradan qaldırılması məqsədi ilə Masallı Dövlət Regional Humanitar kollecində, Masallı şəhər 6 saylı və Masallı şəhər 4 saylı tam orta məktəblərində 200 nəfərdən çox tələbə, gənc və yeniyetmələrlə görüşlər keçirilib. Tədbirdə “Gender əsaslı zorakılıq”, “Erkən nikah” və digər mövzularla bağlı müzakirə və diskussiyalar aparılıb.

Bu mövzuların hüquqi prinsipləri, qanunla qadağan olunmuş məsələlər, zorakılıq və erkən nikahın insan psixikasına, emosiyalarına və sosial həyatına vurduğu zərərlər barədə geniş məlumatlar verilib.