SON XƏBƏRLƏR

Masallıda şagirdlər arasında keçirilən “Zəfər qələbəmiz şanlı tariximizdir” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Əvvəlcə tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra müsabiqənin qalibləri elan olunub. Belə ki:

  • I yerə – Masallı şəhər 3 saylı tam orta məktəbin X sinif şagirdi Səfərova Səma Saleh qızı;
  • II yerə – Masallı şəhər “Dəfinə” məktəb-liseyinin lX sinif şagirdi Musayeva Nuray Ceyhun qızı;
  • III yerə – Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin lX sinif şagirdi Əliyeva Fidan Rasif qızı;
  • fərqlənməyə görə isə Masallı rayon Bədəlan kənd tam orta məktəbin Xl sinif şagirdi Rzayeva Aynurə Famil qızı layiq görülüblər.

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər diplomlarla təltif olunublar.

Qeyd edək ki, müsabiqə Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” SXM-in birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin II ildönümü münasibətilə keçirilib.

 

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə