SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və “Paşa Sığorta” şirkətinin nümayəndələri tərəfindən ərazidə vətəndaşlar arasında yaşayış evlərinin sığorta olunması ilə bağlı səyyar görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində Masallı RİH-yə istinadən verir.
Görüşdə vətəndaşlara sığortanın şərtləri və vacib tərəfləri izah olunmuşdur. Eyni zamanda vətəndaşlara yaşayış evlərinin sığorta olunması barədə daha ətraflı məlumat almaq üçün Masallı Rayon Icra Hakimiyyəti başçısının yerlərdəki inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə müraciət etmələri tövsiyə olunub.