SON XƏBƏRLƏR

Cənub bölgəsi üçün xüsusi önəm daşıyan “Masallı” yarımstansiyası “AzərEnerji” ASC tərəfindən sökülərək tam yenidən qurulur. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarxində Report.az-a istinadən verir.

Belə ki, 110/35/6 kilovoltluq bu yarımstansiya 42 il əvvəl tikildiyindən istismar müddətini dəfələrlə keçib, ona görə də artan tələbatı qarşılamaq funksiyasını yerinə yetirə bilmir. Bununla yanaşı, yüksək gərginlikli 110 kilovoltluq 4-cü və 5-ci “Masallı” hava xətləri əsaslı şəkildə təmir edilir.

Qeyd edək ki, Masallı, Yardımlı, qismən Lerik və Cəlilabad rayonlarındakı bir çox yerləri elektrik enerjisi ilə təmin edən “Masallı” yarımstansiyasında illərlə yağış və qar altında qalan 35 və 10 kilovoltluq açıq paylayıcı qurğular qapalı şəkildə yenidən formalaşdırılır.