SON XƏBƏRLƏR

Masallıda “Abidələrimizi qoruyaq” devizi altında iməcilik keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

İməcilik Masallı şəhərində yerləşən XIX əsrə aid tarixi abidə – hamam ərazisində könüllülərin iştirakı ilə keçirilib.

İməcilikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və kollektivi, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, həmçinin Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.