SON XƏBƏRLƏR

Masallı rayonunun Xırmandalı kəndi ərazisində qışa hazırlıq işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.

Belə ki, kəndin mərkəzindən keçən və uzunluğu 1,5 km olan çay lildən təmizlənib, çayın mühafizə zolağında bəndlər vurulub və qış mövsümündə daşqınların baş verməməsi üçün çayda dərinləşmə işləri aparılıb. Eyni zamanda ərazidə Vətən Müharibəsi əlilləri və veteranlarının evlərinə gedən küçəyə 100 metrə yaxın qum-çınqıl tökülərək hamarlanıb.

Qeyd edək ki, işlər Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin dəstəyi və Masallı rayon Viləşçay su istismar idarəsinin texnikaları vasitəsilə həyata keçirilir.