SON XƏBƏRLƏR

Masallı rayonunun Xıl kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Masallı RİH-yə istinadən verir.

Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının sədri, rayon ağsaqqallar şurasının sədri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət, KİV nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Çıxış edən icra başçısı Araz Əhmədov Xıl kəndinin şəhidlərindən söhbət açıb. Qeyd olunub ki, Xıl kəndi Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlər verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə kompleksi şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür.

Daha sonra çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseyovun qızı Aytən Hüseynova, “Vətən uğrunda” və «Füzulinin azad olunmasına görə» medallı şəhid Elgün Mikayıllının atası Aqil Nağıyev, Viləş kəndindən Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova,  Milli Qəhrəman Elşad Hüseyovun qardaşı Əliqadir Eynullayev və başqaları şəhidlərin qısa, şərəfli həyat yolundan, onların Vətən uğrunda göstərdikləri igidliklərindən, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan ordumuzdan, bu gün dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıblar.

Tədbirin sonunda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər, şair Tahir Heydərlinin Milli Qəhrəman Elşad Hüseynova həsr etdiyi “Vətən oğlu” adlı poemasından parçalar söyləyiblər.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda