Masallı rayonunun Xanalion kənd məscidinə imam təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində “Masallı Xəbərləri”nə istinadən verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Səfərli Xalid Sərraf oğlunu qeyd olunan vəzifəyə təyin edib.
DQİDK-in Masallı rayon şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Qazısı Seyyid Ağarəşid Talibov və icra nümayəndəsi Abbas Abbasov kənd məscidində sakinlərlə görüşərək Xalid Səfərlini onlara təqdim ediblər.