SON XƏBƏRLƏR

Azərbaycan milli komandasının iki voleybolçusu ailə həyatı qurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində Qafqazinfo.az-a istinadən verir.

Belə ki, əslən Masallıdan olan, kişilərdən ibarət yığmanın hücumçusu Aqil Ağazadə ilə qadınlardan ibarət komandamızın blokçusu Anastasiya Mersalova evləniblər.

Qeyd edək ki, Aqil Ağazadə 19 aprel 1998-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olub. O, voleybolu 2012-ci ilədək Masallı rayon orta məktəbinin voleybol bölməsində məşqçi Sufeddin Məmmədovun rəhbərliyi altında öyrənib. 2013-cü ildən Bakı şəhəri Respublika Olimpiya İdman Liseyinin şagirdidir.

2012-ci ildən Salyan, Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Neftçala, Cəlilabad şəhərlərinin təmsilçiləri ilə birlikdə Azərbaycan çempionatında III zonada mübarizə aparan “Masallı” komandasında çıxış edir.

O, voleybol üzrə Azərbaycan Milli yığmasının ən gənc voleybolçusudur.