Vətən müharibəsi qazisi Masallı rayon orta məktəbində işlə təmin olunub. Bu haqda bu gün, 28 aprel tarixində Cenublu.az Masallı rayonu Qızılağac kənd S. Xəlilov adına 1 saylı tam orta məktəbinə istinadən xəbər verir.
Qızılağac kənd 1 saylı tam orta məktəb rəhbərliyinin müvafiq əmri ilə qazi Əjdər Musayev gözətçi vəzifəsinə təyin edilib. Qazi ilə müddətsiz əmək müqaviləsi bağlanılıb.