SON XƏBƏRLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşə təsərrüfatına dair oduncağın satışı üzrə hərrac keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 sentyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən verir.

Masallıda – palıd, Astarada – palıd və fıstıq ağaclarından olan oduncağı almaq üçün 12 oktyabr saat 10:00-da baş tutacaq hərracda iştirak etmək lazımdır. Əvvəlcədən oduncağa yerində baxış keçirmək və daşınmasını planlaşdırmaq məqsədəuyğundur. Bunun üçün Masallı üzrə məsul şəxs Nəsimi Nəsibov (055-211-37-31), Astara üzrə isə Aqil Babaşov (055-455-36-37) təyin ediliblər.

Hərracda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərraca ən azı 3 iş günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:

  • Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
  • Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, olduğu halda VÖEN-in surəti;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında, 2-ci mərtəbədə keçiriləcəkdir. Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər