SON XƏBƏRLƏR

Bu gün, 8 oktyabr tarixində Masallı rayonundan olan üç şəhidimizin anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Masallı şəhərində xüsusi təyinatlı qüvvələrin əsgəri Araz Seyfullayevin,

rayonun Çaxırlı kəndində çavuş Namiq Bağırovun, Güllütəpə kəndində isə Şəmsəddin Təhməzovun anım mərasimləri keçirilib.

Mərasimdə icra başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, YAP Masallı rayon Təşkilatının fəalları, şəhidlərin əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı şəhidlərimizin ailələrini ziyarət edərək onların qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olduğunu bildirib.