SON XƏBƏRLƏR

Masallının birmərtəbəli yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan şəxs vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində Qafqazinfo-ya istinadən verir.

Belə ki, 17 sentyabr tarixində rayonun Mollahəsənli kəndində Dünyaxanım Cəfərovaya məxsus fərdi yaşayış evində qaz sızması baş verib. Onun oğlu, 23 yaşlı Kamran səhər yuxudan oyanarkən telefonu şarja taxıb və bu zaman elektrikdən çıxan qığılcım partlayışla nəticələnib.

O, Bakıya 5 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, ötən gecə vəfat edib.

Qeyd edək ki, Kamran Həsən oğlu Cəfərov evin yeganə övladı idi və nişanlı idi.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər