Masallı rayonunun Təzəkənd kəndindən məişət tullantılarının daşınması prosesi başlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.
Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Masallı rayon Təzəkənd bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən, hər ay müəyyən edilmiş vaxtlarda məişət tullantıları daşınacaq.