SON XƏBƏRLƏR

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Tarixi yaşadan eksponatlar” başlıqlı sərgi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Masallı Dövlət Regional Kollecinin tələbələri sərgini ziyarət ediblər. Ekskursiya zamanı tələbələrə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa və konservasiya olunmuş muzey fondunda olan eksponatlar haqqında geniş məlumat verilib.

Qeyd edək ki, oktyabr ayı ərzində nümayiş etdiriləcək sərgi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 65 illiyinə həsr olunub.