SON XƏBƏRLƏR

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, əslən Masallıdan olan tanınmış jurnalist Vasif Səmədovun oğlu Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsinə təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

Siyasət üzrə fəlsəfə doktoru olan A.Səmədov Moskva Dövlət Universitetinin diplomatiya fakültəsinin məzunudur.

Onun atası Vasif Səmədov 1950-ci ildə Masallıda anadan olub. Əməkdar jurnalist V.Səmədov “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “Araz” mükafatlarına, eləcə də “Oqonyok” jurnalının laureatı adına layiq görülüb. O, həmçinin Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlu şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edib. V.Səmədov “Kaspian-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti vəzifələrini tutub.

Qeyd edək ki, A.Səmədov 2 iyun 2020-ci il tarixində Prezidentin Protokol xidmətinin rəis müavini vəzifəsinə təyinat almışdı.

Qafqazinfo
Qafqazinfo
Qafqazinfo
Qafqazinfo Qafqazinfo Qafqazinfo