SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında Şuşanın ədəbi-mədəni mühitinə həsr olunmuş “Şuşanın ədəbi məclisi: Məclisi-üns” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov qeyd edib ki, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada tarixən sözlə sənət həmişə qoşa addımlayıb. XIX əsrdə şəhərin musiqi yığıncaqları ilə yanaşı, poeziya məclisləri də ədəbi-mədəni mühitin inkişafında mühüm rol oynayıb. Bu ədəbi məclislərdən ən məşhuru 1864-cü ildə fəaliyyətə başlayan “Məclisi-üns” (“Ünsiyyət məclisi”) olub.

Sonra kitabxananın əməkdaşı Rasif Dadaşov məruzə ilə çıxış edərək bildirib ki, şuşalı şairlər Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə dövrün görkəmli ziyalısı Mirzə Əli Qazinin mədrəsəsində təşkil olunan söz sənəti məclisi bir müddət sonra Hacı Abbas Agahın evində keçirilib. 1872-ci ildən isə görkəmli şairə, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın himayəsi və rəhbərliyi ilə onun evində davam edən “Məclisi-üns”ün fəaliyyəti daha da genişlənib.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda