Masallı rayonunun Şıxlar kəndində şəhid atası tərəfindən “Şəhidlər bulağı” tikilərək kənd sakinlərinin istifadəsinə verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində verir.
“Şəhidlər bulağı” Birinci Qarabağ müharibəsi şəhidlərimiz Natiq Əliyar oğlu Orucov və Telman Mirzə oğlu Hüseynovun adlarını daşıyır.
Qeyd edək ki, Natiq Orucov 1973-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. 22 sentyabr 1992-ci ildə Ağdərə bölgəsində, Çıldıran kəndi uğrunda gedən döyüşdə səngərdə ağır yaralanıb. 5 gün sonra, 27 sentyabrda Tərtər hospitalında vəfat edib. Təhsil aldığı Masallı rayonundakı 1 nömrəli Şıxlar kənd əsas məktəbinə onun adı verilib.
Telman Hüseynov 4 dekabr 1973-cü ildə Şıxlar kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı, 31 mart 1993-cü ildə itkin düşüb.