SON XƏBƏRLƏR

Masallı gəncləri ilə “Şəxsiyyət tipləri” mövzusunda görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 sentyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “GələcəyimİZ” layihəsi çərçivəsində baş tutub.

Seminar zamanı “Hansı şəxsiyyət tipləri mövcuddur?”, “Yaşadığımız cəmiyyətin şəxsiyyət tipinin formalaşmasına təsiri”, “Şəxsiyyət tipində genetikanın rolu”, “Formalaşma dövrü”, “Biz hansı şəxsiyyət tipinə aidik?” kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, bu tip layihələrin həyata keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlarda özünü təqdimetmə və ünsiyyət bacarıqlarının formalaşdırılması, həmçinin sosiallaşmanı həyata keçirməkdən ibarətdir.