SON XƏBƏRLƏR

Masallıda gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az Masallı Gənclər Evinə istinadən xəbər verir.

“Savadlı Gələcəyin Təminatçıları” adı altında baş tutacaq sərgi 5 oktyabr saat 15:00-da keçiriləcək. Stendlər Masallı Gənclər Evində quraşdırılacaq.

Gənclər evi sakinləri sosial xidmət müəssisəsində keçirilən sərgidə iştirak etməyə dəvət edir.