SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Sərçuvar kəndində Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun atası Vahid İsgəndərovu evində ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Masallı RİH-yə istinadən verir.

Ziyarətdə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kəndin din xadimləri iştirak ediblər.

Masallı rayon rəsmiləri görüşdə şəhidin xəstə atası ilə dərdini bölüşərək, ona mənəvi dəstək və ehtiramlarını ifadə ediblər. Onlar, həmçinin ailənin qayğı və ehtiyacları ilə yaxından maraqlanıblar.

Xəstə yatan şəhid atası Vahid İsgəndərov övladı Səməndər İsgəndərovun həyat və şərəfli döyüş yolundan söz açıb, kövrək xatirələri dilə gətirib.

Masallı Rayon İcra Hakimiyyəti
Masallı Rayon İcra Hakimiyyəti