SON XƏBƏRLƏR

Masallı rayon Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbin müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.

Belə ki, Naidə Şakir qızı Məmmədova Prezidentin təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında imzaladığı Sərəncama əsasən, bu ada layiq görülüb.