SON XƏBƏRLƏR

Masallı sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən verir.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının son 10 gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Bundan başqa, rayonun Məmmədxanlı kəndinin ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən C.Qafarov saxlanılıb. Ondan 1 ədəd ov tüfəngi və 2 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.